Suriyanın Ras əl-Eyn şəhərində növbəti partlayış olub.
Teleqraf.com xəbər verir ki, bu barədə "Əl Cəzirə" telekanalı məlumat yayıb.
Məlumata görə, bazarın yaxınlığında bomba dolu motosiklet partladılıb. Partlayış nəticəsində 5 nəfər ölüb, 17 nəfər isə yaralanıb.
Türkiyə Milli Müdafiə Nazirliyi partlayışın PKK terror təşkilatı tərəfindən törədildiyini açıqlayıb.
Qeyd edək ki, bu, Ras əl-Eyndə bir həftə ərzində ikinci partlayışdır.