ABŞ Prezidenti Donald Tramp növbəti dəfə noyabrda keçiriləcək seçkilərdəki rəqibi Co Bayden haqda səsləndirdiyi fikirlərlə diqqət çəkib.
Teleqraf.com xəbər verir ki, Baydeni zəif rəqib kimi xarakterizə edən Tramp onu ələ salmaqdan da çəkinməyib.
Baydenin son zamanlardakı davranışlarında pozğunluq olduğunu iddia edən ABŞ prezidenti onun testdən keçməsinin vacib olduğunu söyləyib:
“Co Baydenin əqli imkanları ölkəyə liderlik etməyə uyğun deyil. Media hər şeyi, xüsusilə də demokratların korrupsiya əməllərini gizlədir. Obama və Bayden tarixin ən degenrasiyaya uğramış hökumətidir”,