27 İyul 2020 12:59
3 953
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rusiya Prezidenti Vladimir Putin ölkənin Donanma Gününü Sankt-Peterburq şəhərində qeyd edib.

Teleqraf.com xəbər verir ki, Rusiya lideri üçün Sankt-Peterburqda xüsusi hərbi tədbir düzənlənib.

Rusiya Hərbi Dəniz Qüvvələrinə aid sualtı qayıqlar, hərbi gəmilər, təyyarə və helikopterlərin iştirakı ilə düzənlənən parad zamanı Putin bəyan edib ki, donanma qüvvələrinə olan yatırımlar artırılacaq.

Donanma qüvvələrinin gücü və uğurlarını xüsusi vurğulayan Putin tədbir zamanı düşmənlərinə mesaj verərək bəyan edib ki, 2020-ci ildə 40 gəmi və sualtı qayıq donanma sıralarına daxil ediləcək:

“Hipersonik sistemlərlə təchiz ediləcək, dünyada bənzərsiz olacaq pilotsuz sualtı gəmilər Rusiya dəniz qüvvələrinin gücünə-güc qatacaq”.

Rus dövlətinin donanma qüvvələrinə etdiyi yatırımlarla öyünən Putin donanmanın bənzərsiz silahlar və xüsusi avadanlıqla təchiz olunduğuna diqqət çəkib:

“Bir neçə gündən sonra Rusiyanın üç fərqli şəhərində olan gəmiqayırma zavodunda 6 yeni hərbi gəminin inşasına başlanılacaq”.

Rusiya Müdafiə Nazirliyi isə bəyan edib ki, Donanma Günü münasibəti ilə Admiral Gorşkov gəmisindən “Zirkon” hipersonik raket atılıb.


Müəllif: Cavad