ABŞ-da prezident seçkilərinə 100 gün qalmış Demokrat Partiyasının namizədi Co Bayden indiki Prezident Donald Trampın 2016-cı il seçkilərində böyük səslər qazandığı Arizona, Florida və Miçiqan ştatlarında üstünlük əldə edib.
Teleqraf.com xəbər verir ki, bu ştatlarda Baydenin Respublikaçılar Partiyasının namizədi, indiki Prezident Donald Trampı üstələməsi ABŞ-da hakimiyyət dəyişikliyinin mümkünlüyünə işarədir.
CNN kanalının sifarişi və SSRS şirkətinin apardığı sorğuya əsasən Florida ştatında Co Bayden 51, Tramp isə 46 faiz səsə malikdir. Arizona ştatında Tramp 45, Bayden isə 49 faiz səs əldə edib. Miçiqanda Bayden 52 faiz dəstək əldə etdiyi təqdirdə Tramp 40 faiz dəstək qazana bilib.