27 İyul 2020 12:33
1 597
12 Punto 14 Punto 16 Punto 18 Punto

Hindistan 16 əsrdən qalma Babur məscidini hindu məbədinə çevirir.

Teleqraf.com xəbər verir ki, Hindistan Ali Məhkəməsi Uttar Pradeş əyalətinin Ayodhya şəhərində müsəlman və hindular arasında mübahisəli olan Babur məscidinin ərazisi ilə bağlı prosesdə hinduların lehinə qərar çıxarıb.

Məhkəmə 1992-ci ildə radikal hindular tərəfindən dağıdılan Babur məscidinin yerləşdiyi ərazidə hind məbədi inşa edilməsi üçün hindulara verilməsi və bunun qarşılığında şəhərdə müsəlmanlara məscid insa edilməsi üçün 5 hektar ərazi ayrılması haqda qərar verib.

Qeyd edilir ki, Hindistan Baş naziri Narendra Modinin də qatılacağı tədbirlə hind məbədinin təməli qoyulacaq. Mərasim əhalisinin böyük bir qismi müsəlman olan Kəşmirin muxtariyyətinin ləğv edilməsinin ikinci il dönümünü günü - avqustun 5-də keçiriləcək.

Baş nazir Modi 40 kiloqramlıq gümüş kərpici məbədin təməlinə qoyacaq. Daha sonra Qanq çayından gələn müqəddəs su və 4 əsas hind məbədindən gətirilən müqəddəs torpaq ritualları həyata keçiriləcək.


Müəllif: Cavad