Azərbaycan Silahlı Qüvvələrinin Ermənistan Müdafiə Nazirliyinin hərbi hissələrindən birinin müdafiə bölməsinin döyüş postu istiqamətində zərbələri hərbi qulluqçu Aşot Gevorkoviç Mikaelyanın həyatına son qoyub.
Teleqraf.com xəbər verir ki, bu barədə Ermənistan Müdafiə Nazirliyinin mətbuat xidməti məlumat yayıb.
Məlumatda hərbi qulluqçunun snayper tüfəngi vasitəsilə vurulduğu iddia edilib.
Azərbaycan Müdafiə Nazirliyinin məlumatına görə, Ermənistan silahlı qüvvələrinin bölmələri cəbhənin müxtəlif istiqamətlərində iriçaplı pulemyotlardan və snayper tüfənglərindən də istifadə etməklə sutka ərzində atəşkəs rejimini 45 dəfə pozub. Düşmən cavab atəşləri ilə susdurulub.