27 İyul 2020 13:18
1 748
12 Punto 14 Punto 16 Punto 18 Punto

ABŞ-ın Sietl şəhərində baş verən iğtişaşlar zamanı 60-a yaxın polis əməkdaşı yaralanıb, qarşıdurmaların 47 iştirakçısı saxlanılıb.

Teleqraf.com xəbər verir ki, bu barədə şəhər polisinin yaydığı məlumatda bildirilir.

“Gün ərzində ümumilikdə 59 zabit yaralanıb”, – məlumatda deyilir.

Onlardan birinin xəstəxanaya yerləşdirildiyi qeyd olunur.

Həmçinin, bildirilir ki, hücum edən, dağılışmaq istəməyən və polis hərəkətlərinə mane olan 47 nəfər tutulub.
Bundan əvvəl Sietldəki iğtişaşlar zamanı həbs olunanların sayının 45 nəfərə çatdığı məlum olmuşdu.


Müəllif: Səxavət