27 İyul 2020 14:00
1 894
12 Punto 14 Punto 16 Punto 18 Punto

ABŞ Prezienti Donald Tramp G-7 ölkələrinin zirvə görüşünü COVID-19 pandemiyası səbəbindən sentyabrda keçirməyi təklif edib. Trampın toplantıya Rusiya, Hindistan, Avıstraliya və Cənubi Koreya liderlərini dəvət etməsi isə ciddi narazılıq doğurub.

Teleqraf.com xəbər verir ki, Rusiyanın zirvəyə dəvət edilməsinə ilk etiraz Almaniyadan gəlib.

Almaniya Xarici işlər naziri Hayko Maas bildirib ki, Rusiyanın bu zirvəyə təkrar dönüşü qəbuledilməzdir: “Rusiyanın zirvə görüşündən kənar saxlanılmasının səbəbi Ukraynanın şərqinə müdaxiə etməsi və Krımın ilhaqıdır. Bu məsələlər həllini tapana qədər Rusiyanın bu formata dönməsini arzu etmirik”.

Maas xatırladıb ki, G-7 və G-20 məqbul qaydada koordinasiya edilən formatlardır: “Bizim G-11 və ya G-12-lərə ehtiyacımız yoxdur”.

Xatırladaq ki, dünya iqtisadiyyatına istiqamət verən 7 ölkənin yaratdığı G-7 forumu ildə bir dəfə toplanır. 1975-ci ildən Almaniya, ABŞ, Birləşmiş Krallıq, İtalya, Yaponiya və Kanadanın daxil olduğu bu formata 1998-ci ildə Rusiya da dəvət edilmiş və beləcə, G-8 formatı ortaya çıxmışdı.

Amma Rusiyanın 2014-cü ildə Krımın ilhaqından sonra ABŞ lideri Barak Obamanın təşəbbüsü ilə Rusiya bu formatdan çıxarılmış və beləcə, F-7 formatına qayıdılmışdı.


Müəllif: Cavad

Oxşar xəbərlər