Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu və ABŞ prezidentinin "İslam Dövləti" ilə mübarizə üzrə xüsusi nümayəndəsi, ordu generalı Con Allen arasında keçirilən görüşdə əsasən, Suriya və "İslam Dövləti"nin məsələləri müzakirə edilib.
Teleqraf.com-un "Anadolu" agentliyinə istinadən məlumatına görə, Allen Türkiyənin bu günə qədər İraq və Suriyadan gələn qaçqınlara göstərdiyi yardımlar müqabilində təşəkkür edib, Mosulda saxlanılan türk vətəndaşlarının sərbəst buraxılmasına məmnunluğunu bildirib.
Allen öz əvvəlki danışıqları barədə Çavuşoğlunu məlumatlandıraraq, atılan zəruri addımlar barədə fikirlərini bildirib və qeyd edib ki, regionda təhlükəsizlik problemləri vahid strategiya ilə həll olunmalıdır.
O, qeyd edib ki, regionun təhlükəsizlik problemlərinin kökündə rejimlərin mövcudluğu dayanır və Suriyadakı siyasi transformasiya Cenevrə Konvensiyasına uyğun olaraq keçirilməlidir.
Con Allen həmçinin Daxili İşlər nazirinin müşaviri Firudin Sinirlioğlu ilə görüşüb.