Türkiyə ədliyyəsinə təslim olan PKK terror təşkilatının Suriyadakı qolu PYD/YPG-nin əsas simalarından Salih Müslimin qardaşı qızı Dalya Mahmud Müslim terrorçular barədə kritik məlumatlar verib.
Teleqraf.com-un məlumatına görə, Dalya Müslimin verdiyi informasiyalar hazırda terrorçular qarşı əməliyyatlar fonunda qiymətləndirilir.
Salih Müslimlə birlikdə terror şəbəkəsinin məxfi toplantılarına qatılan Dalya Müslimin təşkilatın son aylardakı fəaliyyəti, qəbul etdiyi qərarlar və hədəflər barəsində türk kəşfiyyatını bilgiləndirib.
Qeyd edək ki, Dalya Müslim terror təşkilatının fəal üzvü və qırmızı xətlə axtarışa verilən “Samur” kod adlı Gültən Aladaşın mühafizəçisi olub. O, eyni zamanda əmisi Salih Müslimin PYD-nin Avropada sözçüsü qismində işlədiyini və Avropada ciddi əlaqələrə malik olduğunu qeyd edib.
Saxlanılan şəxs PKK/PYD-nin düşərgələrində keçirilən təlimlər haqqında danışarkən bildirib ki, texnoloji avadanlıqlar ABŞ başda olmaqla Avropadan gəlir və terrorçulara drondan istifadə etmək üçün kurslar keçilir.
Dalya Mahmud Müslim 2013-cü ildə Suriyanın Aynularab bölgəsində PYD-yə qatılıb. Suriyanın Qamışlı qəsəbəsində PYD-nin əsas simalarının sürücüsü və mühafizəçisi qismində yer alan Dalya Müslim hamilə qalıb, ərindən ayrılaraq Türkiyə hüquq-mühafizə orqanlarına təslim olub.
Müslimin terror təşkilatına dair verdiyi ifadə və bilgilər, habelə Türkiyə sərhədləri daxilində cinayət əməli törətmədiyini əsas sayan məhkəmə nəzarətdə qalmaq şərti ilə onu azadlığa buraxıb.