28 İyul 2020 23:59
2 086
12 Punto 14 Punto 16 Punto 18 Punto

ABŞ Dağlıq Qarabağ konfliktinin həllində iştirakını gücləndirmək niyyətindədir.

Teleqraf.com xəbər verir ki, bunu ABŞ-ın Azərbaycandakı eks-səfiri Robert Sekuta deyib.

O, ABŞ Konqresinə son düzəlişin irəliyə doğru vacib addım olduğunu bildirib:

“Məncə, bu, Azərbaycan üçün böyük uğurdur. Dağlıq Qarabağ konflikti çox uzanıb. Hər şeyi dəyişməz olaraq saxlamaq məntiqsizdir. Düzəliş bu konfliktdə inkişaf əldə etməyə imkan verəcək. ABŞ aqressiyaya göz yummayacaq”.

O, ABŞ-ın bu düzəlişi qəbul etməsinə hazırkı situasiyanın təsir etdiyini bildirib.

Sekuta ermənilərin Los-Ancelesdə etdiklərinin bağışlanmaz olduğunu söyləyib.

Qeyd edək ki, bundan öncə ABŞ hərbi büdcə layihəsinə 296 nömrəli əlavə qəbul edilib. Əlavəyə əsasən, ABŞ Dövlət Departamenti bundan sonrakı dönəmdə Azərbaycan, Gürcüstan, Ukrayna və Moldovanın işğal edilmiş bölgələri və qaçqınları barədə Konqresə hesabat təqdim etməlidir.


Müəllif: Mənbə/Axar.az

Oxşar xəbərlər