29 İyul 2020 11:47
3 113
12 Punto 14 Punto 16 Punto 18 Punto

İordaniya hökuməti iyulun əvvəlində Ermənistan-Azərbaycan sərhədində baş verən qarşıdurmalar zamanı krallığın Ermənistana silah göndərməsi barədə məlumatları təkzib edib.

Teleqraf.com xəbər verir ki, bu barədə Azərbaycanın Əmmandakı səfiri Rasim Rzayev danışıb.

Diplomatın sözlərinə görə, ölkənin Xarici İşlər Nazirliyinə çağırılıb.

Xarici İşlər Nazirliyinin Asiya İşləri İdarəsinin müdiri Azərbaycan səfirinə İordaniyanın Ermənistana silah göndərməsi ilə bağlı yayılan xəbərlərin sadəcə iddia olduğunu bildirib, silah satışını İordaniyadakı müdafiə sənayesindən silah satın alan özəl şirkətlərin həyata keçirə biləcəyini diqqətə çatdırıb.

Qeyd edək ki, daha əvvəl İordaniyanın Azərbaycandakı səfiri Sami Abdulla Goşeh Azərbaycan Xarici İşlər Nazirliyinə çağrılmışdı. Görüş zamanı Xarici İşlər nazirinin müavini Araz Əzimov İordaniya səfiri ilə bu ölkənin Ermənistana silah satışı məsələsini müzakirə etmişdi.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər