Rusiya hərbi sənayesi S-400 hava hücumundan müdafiə sistemlərinin ikinci partiyasını Türkiyəyə çatdırmağın üzərində işləyir.
Teleqraf.com xəbər verir ki, bunu Rusiya dövlər müdafiə sənayesi şirkətinin rəhbəri Sergey Çemezov deyib.
Rusiya Prezidenti Vladimir Putinə şirkətin fəaliyyəti haqqında məlumat verən Çemezov bildirib ki, Türkiyəyə S-400 komplekslərinin təqdimi qoyulan müddətdən əvvəl həyata keçirilib.
“Bu NATO ölkəsi ilə əldə edilən ən böyük razılaşmadır və dəyəri 2,5 milyard dollardır. İndi Türkiyəyə çatdırılacaq S-400 komplekslərinin ikinci partiyası üzərində işləyirik”, - deyə Sergey Çemezov bildirib.