Dünən gecə Belarusun hüquq-mühafizə orqanları Minsk ətrafında xarici özəl hərbi şirkət olan “Vaqner” şirkətinin 32 döyüşçüsünü saxlayıb.
Daha bir nəfər isə ölkənin cənubunda həbs edilib. Bu barədə BELTA dövlət informasiya agentliyi məlumat yayıb. Hüquq mühafizə orqanlarından verilən məlumata görə onlar seçki ərəfəsində sabitliyi pozmaq üçün Belarus ərazisinə 200 döyüşçünün gəldiyi barədə məlumat əldə ediblər: “İyulun 24-dən 25-nə keçən gecə paytaxta gələn dəstə Minskdə bir mehmanxanada məskunlaşıb. Ayın 27-də oranı tərk edib Minskdəki bir sanatoriyaya gediblər. Sanatoriyadan verilən məlumata görə, gələnlər özlərinə turistlərə xas olmayan tərzdə aparıblar. İçki içmir, şənliklərdə qatılmır,diqqəti cəlb etməməyə çalışıblar.
Kiçik qruplarla ərazini öyrənirblər. Bu gecə Belarus KQB-sinin “A” 32 nəfərlik qrupu dəstəni saxlayıb. Hazırda yoxlama aparılır. BELTA-ın əlində saxlanılan Rusiya vətəndaşlarının siyahısı var”-deyə açıqlamada bildirilir.
Belarus prezidenti Aleksandr Lukaşenkonun avqustun 9-na təyin edilmiş prezident seçkiləri ərəfəsində Rusiyaya eyhamla bəzi xarici qüvvələrin onun ölkəsində inqilab həyata keçirməyi planlaşdırdığını deyib. Lukaşenko “xarici kuklaoynadanlar” haqda dəfələrlə danışıb, prezidentliyə əsas iddiaçılardan ikisi həbs olunub. Eyni zamanda o, Belarusun ərazilərinin bir hissəsini itirə biləcəyi haqda danışıb. (Haqqın.az)