“İranın Yəməndəki qiyamçı husi yaraqlılarını silahlandırması bölgədəki münaqişə və gərginliyin artmasına xidmət edir”.
Teleqraf.com xəbər verir ki, bunu ABŞ-ın BMT-dəki daimi nümayəndəsi Kelli Kraft deyib.
O, bildirib ki, İran regionda baş verən münaqişələrin əsas səbəbkarlarından biridir:
“Bir ay əvvəl ABŞ və müttəfiqləri Yəmən sahillərində husilərə İran silahlarını daşıyan bir gəmini saxladılar. Saxlanılan gəmidə İranda istehsal edilmiş avtomatlar, hava hücumundan müdafiə sistemləri, tank əleyhinə raketlər və digər silahlar aşkarlanaraq götürülüb. İranın husiləri silahlandırmaq səyləri və onlara silah-sursat göndərməsi, yalnız münaqişənin uzadılmasına səbəb olur. Bu isə yolverilməzdir”.