Yaponiyanın Fukusimo prefekturasında partlayış olub.
Teleqraf.com xəbər verir ki, hadisə zamanı 17 nəfər xəsarət alıb.
Partlayış nəticəsində Koriyama şəhərində kiçik bina dağılıb, habelə qonşu binalara da zərər dəyib.
Partlayışın yaxınlıqdakı restoranda qaz sızmasından baş verdiyi ehtimal olunur.
Hadisənin səbəbləri araşdırılır.