30 İyul 2020 10:32
4 034
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkiyə İdlibdə silahlı qarşıdurmaların qarşısını almaq və təhlükəsizliyi təmin etmək məqsədilə bölgəyə zirehli texnika və əsgər göndərməkdə davam edir.

Teleqraf.com xəbər verir ki, Türkiyə Silahlı Qüvvələri Rusiya hərbçiləri ilə ortaq patrul xidməti həyata keçirdiyi İdlibə hərbi texnika və canlı qüvvə göndərir.

Son bir həftə ərzində İdlib istiqamətinə çoxlu sayda zirehli texnika, əsgər və tırlar Kilis istiqamətində İdlibə daxil olub. Türkiyə bölgədə qurduğu müşahidə postlarına dünən 35 hərbi karvan gücləndirici qüvvə göndərib.

Qeyd olunur ki, fevral ayında Əsəd rejiminə bağlı qüvvələr İdlibdə TSK konvoyunu hədəf aldıqdan sonra Türkiyə bu istiqamətdə hərbi müşahidə postlarının sayını 38-ə qaldırıb. O hadisədən sonra TSK bölgəyə 8 mindən çox əsgər, tank, zirehli avtomobillər, hərbi radar sistemləri və digər avadanlıqlar göndərib.


Müəllif: Cavad

Oxşar xəbərlər