30 İyul 2020 10:50
1 930
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rusiyanın humanitar yardım karvanı Ukraynanın işğal edilmiş Donetsk bölgəsinə gəlib.

Teleqraf.com xəbər verir ki, bu barədə Rusiya mətbuatı məlumat yayıb.

Məlumatda bunun Donetskə göndərilən 97-ci humanitar yardım karvanı olduğu bildirilib.

Əvvəlki yardım ötən il dekabr ayının 19-da edilib. Donetsk və Luqanskda yaşayan sakinlərə 435 tondan çox dərman, uşaq qidası və konservləşdirilmiş ərzaq məhsulları göndərilib.

Rusiyadan Donbasa humanitar yardım 2014-cü ilin avqustundan, yəni bölgə işğal olunandan çatdırılır. Bu dövrdə Rusiya Fövqəladə Hallar Nazirliyinin konvoyları Ukraynanın cənub-şərq ərazisinə təxminən 85 min ton humanitar yük gətirib.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər