Rusiya xarici işlər naziri Sergey Lavrov Türkiyənin Suriya prezidenti Bəşər Əsədlə bağlı açıqlamalarına cavab verib.
Teleqraf.com Türkiyə mediasına istinadən xəbər verir ki, Lavrov bu məsələ ilə bağlı təəssüfləndiyini bildirib. Onun sözlərinə görə, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan ilə baş nazir Əhməd Davudoğlunun Suriyada quru hərəkatına Əsədin hakimiyyətdən getməsi şərtilə qatılacaqları barədə fikirləri qəbul edilməzdir. Lavrov bunu Suriyanın şəxsi işlərinə qarışmaq, bu ölkədə hakimiyyəti dəyişmək niyyəti kimi qiymətləndirib. O bu istiqamətdəki bütün açıqlamaları pislədiyini qeyd edib.
Samir