Türkmən fəalları Vaşinqtonda seriya aksiyalar keçirirək Türkmənistanda COVİD-19 infeksiyasının gizlədilməsinə etiraz ediblər.
Teleqraf.com xəbər verir ki, onlar ABŞ-dakı Türkmənsitan səfirliyi, Konqres və Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) ofisi qarşısına toplaşıblar.
Etirazçılar ÜST-ün binası önünə tabut maketləri düzüblər.
Aksiya iştirakçıları iyulun əvvəllərində Türkmənsitana səfərə gəlmiş ÜST nümayəndələrinin ölkədə koronavirusun mövcudluğunu inkar etdiklərinə görə qəzəblərini ifadə ediblər. Piketdə "Gəlin, bir də baxın!", "ÜST yalançıdır! Türkmənlər ölür!" kimi şüarlar səsləndirilib.
Aksiyaçılar ÜST-ün adını dəyişdirirək ona Dünyanın Çarəsiz Təşkilatı (World Helpless Organization) adı qoyublar.