Rusiya dövlət başçısı Vladimir Putin Şərqi Aralıq dənizində müşahidə edilən gərginliyi aradan qaldırmaq üçün prosesə müdaxilə edəcək və məsələ ilə bağlı Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla müzakirə aparacaq.
Teleqraf.com xəbər verir ki, Yunan Kiprinin hökumət sözçüsü Kyriakos Kouşos Putin-Anastasiadis arasında baş tutan telefon danışıqlarının detallarını açıqlayıb.
Açıqlamadan aydın olur ki, yunan Kiprinin hökumət başçısı Nikos Anastasiadis Putindən Türkiyə ilə Kipr arasında gərginliklə bağlı prosesə müdaxilə etməsi xahiş edib.
Vladimir Putin prosesə müdaxilə edəcəyinə, Türkiyə Prezidenti Ərdoğanla müzakirə aparacağına söz verib.
Yunan Kiprinin hökumət sözçüsü Kyriakos Kouşos bildirib ki, Putin Şərqi Aralıq dənizində gərginliyi böyük narahatlıqla izlədiyini bildirib.