Pakistan-Əfqanıstan sərhədində baş verən etiraz aksiyaları zamanı təhlükəsizlik qüvvələri silah tətbiq edib, 4 nəfər ölüb, 20 nəfər yaralanıb.
Teleqraf.com xəbər verir ki, Pakistanın Bəlicistan əyalətinin Çaman bölgəsində vətəndaşlar pandemiya ilə bağlı qapalı olan Əfqanıstanla sərhədinin açılması tələbi ilə aksiya keçirib.
Aksiyada iştirak edənlərin əksəriyyəti Əfqanıstanda işləyən şəxslərdir.
Aksiya zamanı COVİD-19-a yoluxan şəxslərin karantində saxlanılması üçün istifadə edilən binaya od vurulub. Bu zaman Pakistan polisi baş verənlərin qarşısını almaq üçün silah tətbiq edib. Nəticədə 4 nəfər ölüb,20 nəfər yaralanıb. Bununla da bölgə müharibə meydanına çevrilib.
Rəsmilər aksiyada iştirak edən şəxsləri sərhədi zorla keçməyə cəhd göstərdiklərini bildirib.
Əlavə edilib ki, etirazçılar Milli Məlumat Bzası Agentliyinin və Milli Fəlakət Agentliyinə aid 100 konteyner və çadırı yandırıblar.