31 İyul 2020 19:53
1 356
12 Punto 14 Punto 16 Punto 18 Punto

850 kiloqramlıq qurbanlıq buğa yiyəsinə hücum edərək öldürüb.

Teleqraf.com xəbər verir ki, hadisə Türkiyənin Bayburt rayonunda olub.

Buğa ona qullu edən Hacı Salih Genci buynuzu ilə vuraraq yerə sərib. Daha sonra ona bir neçə dəfə hücumlar edib.

Yaralanan ferma işçisi dərhal Bayburt xəstəxanasına çatdırılıb. Burada ilkin müayinə və müalicədən keçən yaralı Ərzurum xəstəxanasına aparılıb. Ancaq həkimlərin müdaxiləsinə baxmayaraq 46 yaşlı ferma işçisi dünən gecə saatlarında vəfat edib.


Müəllif: Cavad