31 İyul 2020 16:45
872
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib ki, Kreml iyulun 29-na keçən gecə Belarusda saxlanılan rusların tezliklə sərbəst buraxılacağını gözləyir.

Teleqraf.com xəbər verir ki, Peskovun sözlərinə görə, Rusiyaya hələ də rusların saxlanılmasını əsaslandıran məlumat verilməyib:

“Ancaq biz ümid edirik və hətta əminik ki, belaruslu həmkarlarımız yaxın vaxtlarda bu insidentlə məşğul olacaq və Rusiya vətəndaşlarını azad edəcəklər”.

O qeyd edib ki, Rusiya vətəndaşlarının, özü də 33 nəfərin əsassız tutulması müttəfiqlik münasibətlərinin parametrlərinə qətiyyən uyğun gəlmir.

İyulun 29-da Belarusun dövlət agentliyi “BELTA” Belarusda 33 rusun həbs olunduğu barədə məlumat yayıb. İyulun 30-da həbs olunanların kütləvi iğtişaşlar hazırlamaqda şübhəli bilindikləri məlum olub.

Rusiya Xarici İşlər Nazirliyi həbs olunan ruslarla konsulluq işçilərinin görüşünə icazə verilməsini tələb edib. Xarici İşlər Nazirliyi, həmçinin, Minski prezident seçkiləri ərəfəsində “lazımsız mənfi emosiyaların” artırılmasından əl çəkməyə çağırıb.


Müəllif: Səxavət

Oxşar xəbərlər