Rusiya Prezidenti Vladimir Putin və Rusiya Təhlükəsizlik Şurasının daimi üzvləri Belarusda rusların tutulmasını müzakirə edib.
Teleqraf.com xəbər verir ki, bu barədə prezidentin mətbuat katibi Dmitri Peskov bildirib.
“Rusiya vətəndaşlarının Belarusda saxlanılması ilə əlaqədar hadisə barədə ətraflı söhbət getdi”, – deyə TASS onun sözlərindən sitat gətirir.
O deyib: “İclasda yaxın vaxtlarda bu hekayətin aydınlaşdırılacağına və əsassız həbs olunan Rusiya vətəndaşlarının sərbəst buraxılacağına ümid ifadə olundu”.
Bundan öncə Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov bildirmişdi ki, Kreml iyulun 29-na keçən gecə Belarusda saxlanılan 33 rusun tezliklə sərbəst buraxılacağını gözləyir.