Türkiyədə son 24 saat ərzində daha 17 nəfər yeni növ koronavirusdan (COVİD-19) dünyasını dəyişib.
Teleqraf.com-un məlumatına görə, bu barədə Türkiyənin səhiyyə naziri Fəxrəddin Qoca bildirib.
Nazir bildirib ki, koronavirusdan ölənlərin ümumi sayı 5 691 nəfərə çatıb.
Onun sözlərinə görə, ölkədə 982 yeni yoluxma halı qeydə alınıb, yoluxanların ümumi sayı 230 873 nəfərə çatıb.
Nazir əlavə edib ki, ölkədə koronavirusdan sağalanların ümumi sayı 214 535 nəfər təşkil edir.