Ərəb dünyasında ilk atom elektrik stansiyası Abu-Dabidə istifadəyə verilib.
Teleqraf.com xəbər verir ki, bunu Birləşmiş Ərəb Əmirliklərinin Baş naziri, ölkənin vitse-prezidenti və Dubay Əmirliyinin əmiri Məhəmməd bin Rəşid Əl-Maktum bildirib.
“İşçi heyəti nüvə yanacağının yüklənməsini həyata keçirdi və kompleks sınaqları uğurla başa çatdırdı”, – deyə “TASS” Baş nazirin sözlərindən sitat gətirir.
Onun sözlərinə görə, BƏƏ-nin məqsədi dörd atom elektrik stansiyası istismara verməkdir. Bununla da ölkənin elektrik enerjisinə olan tələbatının dörddə biri təhlükəsiz, etibarlı və ətraf mühiti çirkləndirməyən şəkildə təmin ediləcək.