1 Avqust 2020 18:25
2 812
12 Punto 14 Punto 16 Punto 18 Punto

İran ABŞ mərkəzli "Tonder" terror şəbəkəsinin liderini həbs edərək ölkəyə gətirdiyini elan edib.

Teleqraf.com xəbər verir ki, bu barədə İran Kəşfiyyat Nazirliyi məlumat yayıb.

Açıqlamada qeyd edilib ki, ölkədə terror tədbirləri həyata keçirən "Tonder" şəbəkəsinin lideri saxlanılıb.

Cəmişid Şarmehd olaraq tanınan şəxsin hansı terror aktları keçirdiyi hələlik bilinmir.

İranın rəsmi xəbərinə görə, "Tonder" şəbəkəsi ilk terror aktını 2003-cü ildə İranın Şiraz şəhərində həyata keçirib. Bu akt zamanı 14 nəfər öldürülüb. Şəbəkənin İran İslam Respublikasının qurucu lideri Ruhulla Xomeyenin türbəsinə hücumu zamanı 8 nəfər yaralanıb.


Müəllif: Cavad

Oxşar xəbərlər