1 Avqust 2020 21:43
999
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rusiyada koronavirus infeksiyasına qarşı peyvəndlənmə pulsuz olacaq.

Teleqraf.com xəbər verir ki, bu barədə Səhiyyə naziri Mixail Muraşko məlumat verib.

Nazir qeyd edib ki, koronavirusa qarşı peyvəndlənmə tamamilə büdcə vəsaiti hesabına aparılacaq.

Muraşkonun sözlərinə görə, Rusiyada "COVID-19" infeksiyasına qarşı kütləvi peyvəndlənmənin oktyabrda başlanması planlaşdırılır.

Səhiyyə Nazirliyinin Qamaleya adına Mikrobiologiya və Epidemiologiya Tədqiqat Mərkəzi tərəfindən hazırlanmış peyvəndin klinik sınaqları artıq yekunlaşıb.


Müəllif: Teleqraf.com