2 Avqust 00:17
3 197

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla Qazaxıstanın birinci prezidenti Nursultan Nazarbayev arasında telefon danışığı olub.

Teleqraf.com xəbər verir ki, Ərdoğan Nazarbayevi Qurban bayramı münasibətilə təbrik edib.

Telefon danışığı zamanı iki ölkə arasında münasibətlər, regionda baş verən proseslər barədə müzakirə aparılıb.

Türkiyə prezidenti həmçinin Qazaxıstanın hazırki prezidenti Qasım-Jomard Tokayevə zəng edib.


Müəllif: Teleqraf.com