2 Avqust 2020 08:59
443

Əfqanıstanda güclü yağışın səbəb olduğu daşqınlar nəticəsində 16 nəfər həyatını itirib.

Teleqraf.com xəbər verir ki, ölən şəxslərdən 12-si uşaqdır, itkin düşənlər var.

Daşqınlar ölkənin şərqindəki Nanqarhar əyalətində başlayıb. Təbii fəlakət bir neçə evi dağıdıb.

Ərazidə axtarış-xilasetmə əməliyyatları aparılır.


Müəllif: Teleqraf.com