Almaniyanın paytaxtı Berlində koronavirusla bağlı tətbiq edilən karantin qaydalarına qarşı keçirilən icazəsiz mitinqlər zamanı azı 45 polis müxtəlif bədən xəsarətləri alıb.
Teleqraf.com xəbər verir ki, bu barədə şəhər polisi məlumat yayıb.
Qeyd olunub ki, 20 min nəfərdən ibarət aksiyanın mühafizəsini 1,1 min polis həyata keçirib.
Polislə toqquşmalar axşam saatlarında Noyköln bölgəsində sol fəalların təşkil etdiyi aksiya zamanı qeydə alınıb. Ümumilikdə 133 nəfər saxlanılıb.