3 Avqust 2020 01:36
871
12 Punto 14 Punto 16 Punto 18 Punto

İran hökuməti Vaşinqton Demokratiya Müdafiə Fondunun nümayəndəsi Riçard Qoldberqə qarşı fərdi sanksiya tətbiq edib.

“Report” xəbər verir ki, bu barədə İran Xarici İşlər Nazirliyinin mətbuat xidməti məlumat yayıb.

Riçard Qoldberq ABŞ prezidentinin milli təhlükəsizlik məsələləri üzrə keçmiş müşaviri Con Boltonun köməkçisi olub.

Qeyd edək ki, ABŞ İranda nüvə, raket və hərbi proqramlar üçün istifadə edilə biləcək metal və material təchizatını məhdudlaşdırmaqla İslam respublikasına qarşı yeni sanksiyalar tətbiq edib.

Bu barədə ABŞ-ın dövlət katibi Mayk Pompeo bildirib. Bundan əlavə, İranın tikinti sektoruna materialların təchizatı qadağan edilir. Belə ki, ABŞ İranın tikinti sektoruna İslam İnqilabı Keşikçiləri Korpusunun nəzarət etdiyini düşünür.

Qadağan edilmiş 22 metal və materiallar arasında alüminium ərintiləri, alüminium tozu, bəzi polad markaları, o cümlədən paslanmayan polad və s. var.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər