Avstraliyanın Viktoriya ştatında koronavirusun geniş yayılması ilə əlaqədar fəlakət rejimi elan edilib.
Teleqraf.com xəbər verir ki, bu barədə ştatın Baş naziri Deniel Endryüs məlumat verib.
Baş nazirin sözlərinə görə, ştatın bəzi rayonlarında artıq real təhlükə mövcuddur və dayanmadan artır: "Buna görə də avqustun 12-də axşam saat 18:00-dan başlayaraq, ştat ərazisində fəlakət rejimi elan olunur. Bu, polisə sanitar-epidemioloji qaydalara əməl edilməsi üçün nəzarəti gücləndirmək imkanı verəcək".
Qeyd edilir ki, fəlakət rejimi ilə bağlı məhdudiyyətlər Melbrunda bazar günü axşamdan, bütün ştat ərazisində isə avqustun 5-də saat 12:00-dan sonra tətbiq olunacaq. Bu rejimin sentyabrın 13-dək davam edəcəyi bildirilir.
Deniel Endryüs qeyd edib ki, Melburnda məhdudiyyətlər, eyni zamanda saat 20:00-dan saat 5:00-dək komendant saatının tətbiqini də nəzərdə tutur.