3 Avqust 2020 10:17
2 623
12 Punto 14 Punto 16 Punto 18 Punto

Suriyada Bəşər Əsəd ordusuna dəstək verən Rusiyanın döyüş qırıcıları İdlibin Binniş bölgəsində əməliyyatlara başlayıb.

Teleqraf.com xəbər verir ki, türk mediasının yaydığı məlumatda rus təyyarələrinin yaşayış ərazilərini hədəf aldığı bildirilib.

Hücumda 4 mülki şəxsin həlak olduğu, çox sayda insanın yaralandığı qeyd olunur.

Əməliyyatlar haqda əlavə məlumat verilməyib.


Müəllif: Mənsur Rəğbətoğlu