3 Avqust 2020 15:02
4 771
12 Punto 14 Punto 16 Punto 18 Punto

“İkinci türk işğalını qəbul etməyəcəyik, əsla mərhəmət göstərməyəcəyik”.

Teleqraf.com xəbər verir ki, bunu qiyamçı Liviya Milli Ordusunun komandanı, general Xəlifə Haftar deyib.

Məlumatda Haftarın öz sərəncamındakı hərbi qüvvələrə baş çəkdiyi bildirilib.

Qiyamçı ordusunun arsenalındakı canlı qüvvə və hərbi texnikalara baxış keçirən general Türkiyə və onun prezidentinə hədə dolu mesajlar ünvanlayıb: “Ərdoğana deyirik, atalarınızın mirasını gülləbaran etdik. Heç bir türkün bu qəhrəmanların qarşısında getdiyini görmək istəmirəm. Mərhəmət etməyəcəyik, çünki bunlara haqları çatmır. Ərdoğan Liviyaya atalarının mirasını axtarmağa gəldi”.

Liviyada türkləri özünün başçılıq etdiyi ordunun qarşılayacağını bildirən qiyamçı Haftar ölkəsini 300 il hakimiyyəti altında saxlamış türkləri “cinayətkar” adlandırıb.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər