3 Avqust 2020 13:20
3 420
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) Xarici işlər naziri Abdullah bin Zayidin iranlı həmkarı Məhəmməd Cavad Zəriflə görüşü BƏƏ-nin Yəməndəki fəaliyyətlərinin əsl mahiyyətini ortaya çıxardı”.

Teleqraf.com xəbər verir ki, bunu Yəmənin informasiya nazirinin müşaviri Muxtar ər-Rəhbi deyib.

“Yəmənə İran və əlaltılarına (qiyamçı Husilər) qarşı döyüşmək üçün getmişkən, indi də dostca və açıq bir dialoqa başlayırsınız. Bu, BƏƏ-nin Yəməndəki əsl niyyətini ortaya qoyur. BƏƏ Yəmənə İrana qarşı döyüşmək üçün girmədi – hava və dəniz limanları, adalar, sahillər və su kanallarını ələ keçirmək üçün daxil oldu. Bundan başqasını iddia edən, yalan danışmış olacaq”, - yəmənli diplomat qeyd edib.

Yəmən hökuməti son dönəmlər BƏƏ-ni ölkədə Husilərdən sonra ikinci çevrilişə cəhd etməkdə günahlandırır.

BƏƏ Cənubi Keçid Şurası adlandırılan və ölkənin cənubunu şimaldan ayırmaq istəyən separatçı qrupa açıq dəstək verir.


Müəllif: Mənsur Rəğbətoğlu