İran xarici işlər nazirinin müavini Hüseyn Buyruq Abdullahiyan “İraq-Şam İslam Dövləti” (İŞİD) terror təşkilatı ilə bağlı açıqlama verib.
Teleqraf.com Türkiyə mediasına istinadən xəbər verir ki, Abdullahiyan bu məsələdəTürkiyənin rolunu da dəyərləndirib. Onun sözlərinə görə, İran Suriya prezidenti Bəşər Əsədin hakimiyyətdən getməsinə imkan verməyəcək: “ABŞ İŞİD-ə hücum etməzdən əvvəl Əsədə qarşı hücum planlarının olmadığı ilə bağlı açıqlama yayıb. Ancaq İran bu məsələdə ABŞ-a inanmır. Suriyanın milli suverenliyinə qarşı atılacaq hər bir addım pis nəticələr doğuracaq. Bİz bununla bağlı Türkiyəni xəbərdar etmişik”.
Abdullahiyan Kobanidəki kürdlərə yardımın vacibliyinə də diqqət çəkib: “Kobanidəki böhranın sona çatması üçün regionda danışıqlarımızı davam etdirəcəyik. Bu danışıqlar əsasən, Türkiyə ilə aparılır.
Hesab edirik ki, suriyalı qaçqınların ölkələrinə qayıtmasında Türkiyə əhəmiyyətli rol oyanayacaq”.
Samir