Demokratik Xalq Hərəkatı (DXH) Qərbi Azərbaycan İrəvan Respublikasının dövlət gerbinin qəbul edilməsi ilə bağlı bəyanat yayıb.
Teleqraf.com xəbər verir ki, DXH-da aparılan uzun müzakirələrindən sonra respublikanın gerbinin təsdiq edildiyi bildirilib.
Bəyanatda deyilir:
“Ölkəmizdə fəaliyyət göstərən Qərbi Azərbaycan İrəvan Mühacir Dövləti (QAİMD) bugünlərdə uzun sürən diskussiya və müzakirələrdən sonra Qərbi Azərbaycan İrəvan Respublikasının dövlət bayrağının ardınca özünün dövlət gerbini də qəbul və təsdiq edib. Demokratik Xalq Hərəkatı bu münasibətlə QAİMD üzvlərini ürəkdən təbrik edir, bu addımı gələcəyə doğru atılmış çox önəmli bir addım kimi dəyərləndirir və sözügedən təşkilatı cani-konüldən dəstəklədiyini bir daha bəyan edir. DXH Gürcüstan türklərinin ölkəmizdə yaratdıqları “Soydaş” təşkilatına da hər cür dəstək verməyə hazır olduğunu, onunla sıx əməkdaşlıq etməyə hazır olduğunu bildirir”.