3 Avqust 2020 22:28
936
12 Punto 14 Punto 16 Punto 18 Punto

ABŞ Prezidenti Donald Tramp Çinin “ByteDance” şirkətinin məhsulu olan “TikTok”u “Microsoft”a satması üçün vaxt verib.

Teleqraf.com-un məlumatına görə, populyar qısa video platformasını ölkə miqyasında qadağan etmək təhdidindən geri addım atan Tramp şirkətə 45 gün vaxt verib.

“Microsoft”dan gələn açıqlamaya görə, Prezident tətbiqin qadağasını milli təhlükəsizliyə dair narahatlığı ilə əsaslandırıb.

Satış razılaşmasından xəbərdar olan 3 mənbənin “Röyters”ə verdiyi məlumata görə, Tramp tərəfindən verilən müddət ABŞ-a “TikTok”a uyğun texnologiya hazırlanması üçün lazımdır.

ABŞ rəsmiləri “TikTok”un çinli şirkətin mülkiyyətindəykən şəxsi bilgilərlə bağlı apardığı əməliyyatların milli təhlükəsizliyə təhdid yaratdığına dair təkidli açıqlamalar yayırlar.

Respublikaçılar Partiyasının liderləri ilə görüşən Tramp “TikTok” istifadəçisi olan gənclərin prezident seçkilərində dəstəyini itirməsindən çəkinərək qadağa fikrindən daşınıb.


Müəllif: Mənbə/Publika.az

Oxşar xəbərlər