4 Avqust 2020 08:45
896
12 Punto 14 Punto 16 Punto 18 Punto

İyulun 30-da Şirnak əyalətinin Qabar rayonu ətrafında Türkiyə kəşfiyyatının əməliyyatının gedişatında zərərsizləşdirilmiş PKK-nın dörd silahlısından biri Daxili İşlər Nazirliyinin "boz siyahısında" axtarılan terrorçulardan olub.

Teleqraf.com xəbər verir ki, Seyitxan Acay "Bryusk İsrail" ləqəbi ilə 2006-cı ildə bir sıra terror təşkilatlarına üzv olub.

O, beş il İsraildə fəaliyyət göstərib. 2018-ci ildə Türkiyənin cənub-şərqində Siirt əyalətində, Botan ərazisində PKK-nın fəaliyyətinə cavabdehlik daşıyıb.

Seyitxan Acay bundan sonra Şırnak əyalətinin Küpeli və Qabar rayonlarında terror təşkilatı sıralarında fəaliyyət göstərib.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər