4 Avqust 2020 11:54
2 645
12 Punto 14 Punto 16 Punto 18 Punto

Belarusda altıncı müddətə prezidentliyə namizədliyini irəli sürən Aleksandr Lukaşenko referendum keçirmək və konstitusiyanı dəyişmək niyyətində olduğunu açıqlayıb.

Teleqraf.com xəbər verir ki, o, bu istəyinin Belarusun inkişafına xidmət edəcəyini deyib:

“Belarusumuz dəyişdikcə biz də belə edirik. Belarusluların ölkələrinin taleyi üçün məsuliyyət daşımağa hazır olduğu göz qabağındadır. Bu məsuliyyət dərəcəsini insanların özləri müəyyən edəcəklər. Amma qanunla! Küçələrdə və meydanlarda yox, qanuni münasibətlərdə. Gəlin konstitusiyadan başlayaq”.

Avqustun 9-da Belarusda keçiriləcək prezident seçkilərində beş nəfər namizəd kimi qeydə alınıb.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər