Türkiyənin Malatya şəhərində güclü zəlzələ olub.
Teleqraf.com Publika.az-a istinadla xəbər verir ki, Pütürgə rayonunda 5,2 bal gücündə yeraltı təkanlar qeydə alınıb.
Fövqəladə Hallar İdarəsinin məlumatına görə, zəlzələnin episentri 7,2 km dərinlikdə yerləşib.
Sarsıntılar Adıyaman şəhəri və onun rayonlarında da hiss edilib.
Türkiyənin Daxili işlər naziri Süleyman Soylu Tvitter hesabından verdiyi açıqlamada zəlzələnin fəsada səbəb olmadığını, aidiyyəti qurumların araşdırma apardığını bildirib.