4 Avqust 23:53
2 243

Rusiya millətçilərinin lideri, Liberal-Demokrat Partiyasının sədri Vladimir Jirinovski Belarus rəhbəri Aleksandr Lukaşenkonu qarşıdan gələn prezident seçkilərində namizədliyini geri götürməyə çağırıb.

Teleqraf.com xəbər verir ki, Jirinovski Belarus lideri üçün ən yaxşı yolun yarışdan çəkilmək olduğunu deyib: "Çünki artıq vətəndaşlar onu prezident kimi görmək istəmirlər. Heç olmasa əvvəldən seçkilərə buraxmadığı namizədləri qeydə alsın, ondan sonra avqustun 9-da onlarla birlikdə yarışsın.

Mən inanıram ki, ölkə yeni prezident seçəcək və o da məğlubiyyətlə barışacaq. Bu, bütün Belarus əhalisini sakitləşdirə bilər. Hərçənd biz qalan namizədlərin real proqramlarının nədən ibarət olduğunu bilmirik”.

A.Lukaşenko avqustun 9-da keçiriləcək seçkilərdə qalib gələrək 6-cı dəfə ölkəyə rəhbərlik etmək niyyətindədir.

A.Lukaşenkoya qarşı Belarus tarixində görünməyəcək dərəcədə çoxminli mitinqlər keçirilir.


Müəllif: Teleqraf.com