Livanın paytaxtı Beyrutda ötən gün baş vermiş partlayışla bağlı İsrail açıqlama yayıb.
Teleqraf.com xəbər verir ki, İsrail rəsmiləri Təl-Əvivin Beyrutdakı partlayışla əlaqəsinin olmadığını və olayın qəzadan yarana biləcəyini bildiriblər.
Qeyd edək ki, ötən gün saat 19:00 radələrində Livanın Hərbi Dəniz Qüvvələrinin bazası yaxınlığında baş vermiş partlayış nəticəsində azı 30 nəfər ölüb, mindən çox insan yaralanıb.