10 Oktyabr 2014 15:29
745
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ukraynada münaqişə tərəfləri qan tökülməsinin qarşısını almalı və Minskdə əldə olunan razılığa əməl etməlidir.

Teleqraf.com Belarus mediasına istinadən xəbər verir ki, bunu bu gün Belarus prezidenti Aleksandr Lukaşenko Minskdə MDB dövlət başçıları Şurasının iclasının açılışı zamanı deyib:

“Bütün mübahisəli məsələləri yalnız sülh yolu ilə həll etmək lazımdır. Qan tökülməsinə imkan vermək olmaz”.

Lukaşenko bu münaqişənin tezliklə dayandırlacağına ümid etdiyini bildirib: “Vəziyyət tamamilə yolverilməzdir. Demək olar ki, Avropanın mərkəzində döyüşlər gedir”.

Belarus prezindenti hesab edir ki, Ukraynada baş verən hadisələr bütün regionun təhlükəsizliyinə ciddi zərbədir.

Samir


Müəllif:

Oxşar xəbərlər