5 Avqust 2020 16:56
3 386
12 Punto 14 Punto 16 Punto 18 Punto

Belarus prezidentliyinə namizəd Svetlana Tixanovskaya Almaniya kansleri Angela Merkelə müraciət edib.

Teleqraf.com xəbər verir ki, xanım siyasətçi bu barədə Almaniyanın “Bild” qəzetinə müsahibəsi zamanı bildirib.

“Xanım Merkel, Lukaşenko ilə əlaqə yaradın. Ona deyin ki, biz müharibə istəmirik. Bizim istədiyimiz yalnız ədalətli seçkilərdir”, – deyə o qeyd edib.

S.Tixanovskaya əlavə edib ki, öz həyatı üçün qorxur və gələn anonim təhdidlərə görə övladlarını xaricə göndərməyə məcbur edilib.


Müəllif: Səxavət

Oxşar xəbərlər