“Livan Beyrutdakı partlayış nəticəsində ağır iqtisadi böhranla üzləşəcək”.
Teleqraf.com xəbər verir ki, bunu Livan Prezidenti Mişel Aun deyib.
“Biz görünməmiş bir iqtisadi böhran yaşayırıq. Partlayışın arxasında duranlar ən ağır cəzaya məruz qalacaq”, - prezident bildirib.
Xatırladaq ki, avqustun 4-də Beyrut limanı yaxınlığında güclü partlayış baş verib. Səlahiyyətli şəxslərin bildirdiyinə görə, partlayışa səbəb 2750 ton ammonium nitratının düzgün saxlanmaması olub.
Son məlumatlara görə, yüzdən çox insan ölüb, 4000-ə yaxın insan yaralanıb. Çox sayda itkin düşənin olduğu bildirilib.
Livan hökuməti faciə qurbanları üçün üç günlük matəm elan edib.