5 Avqust 2020 21:05
763
12 Punto 14 Punto 16 Punto 18 Punto

Misir Prezidenti Əbdülfəttah əl-Sisinin tapşırığına əsasən, Beyrutda baş vermiş partlayışların nəticələrini aradan qaldıran Livana tibbi ləvazimatla dolu iki yük təyyarəsi göndərilib.

Teleqraf.com xəbər verir ki, bu məlumatı Misir Prezidentinin mətbuat xidməti yayıb.

Misirin Beyrutdakı səfirliyi bəyan edib ki, partlayış nəticəsində iki misirli də həlak olub. Onların cənazələri tibbi ləvazimat daşıyan təyyarələrlə Qahirəyə gətiriləcək. Bundan başqa, Beyrutdakı Misir səhra hospitalı da yaralanmış insanların müalicəsi üçün səfərbər olunub. Bu gün hospitalı ziyarət edən Misirin səfiri Yasir Elvi yaralıların vəziyyəti ilə maraqlanıb. Hospital 2006-cı ildə Livanda müharibə zamanı Misirin mərhum Prezidenti Hüsnü Mübarəkin təşəbbüsü ilə tikilib.


Müəllif: Teleqraf.com