Fransanın şəhərlərində yerli hakimiyyət orqanlarının qərarları ilə insanların çox olduğu açıq məkanlarda da maska taxmaq məcburi qayda kimi tətbiq olunur.
Teleqraf.com xəbər verir ki, aidiyyəti şəhərlərin prefektura və meriyaları maskanın məcburi olması ilə bağlı qərarlar qəbul ediblər. Bu şəhərlərin bütün məkanlarında və ya müəyyən hissələrində maska taxmayanlar 1-ci dəfə 135 avro cərimə, 2-ci dəfə 1500 avro, 3-cü dəfə isə 6 ay həbs və ya 3 750 avro cərimə olunacaqlar.
Son günlər COVID-19 virusuna yoluxanların sayı artdığı üçün açıq ictimai yerlərdə, eləcə də dəniz kənarında, çimərliklərdə maska taxmaq məcburidir.